Modern.az

Paşinyan “Qazaxın kəndləri Azərbaycana qaytarılmayacaq”-deyən məmuru İŞDƏN ÇIXARACAQ

Paşinyan “Qazaxın kəndləri Azərbaycana qaytarılmayacaq”-deyən məmuru İŞDƏN ÇIXARACAQ

Dünya

1 Aprel 2021, 10:24

Ermənistan baş naziri Nikol Paşinyan bu gün daha bir kadr təyinatı edə bilər.

 

Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, Tavuş vilayətinin qubernatoru Ayk Çobanyanın vəzifəsindən azad olunması bu günkü hökumət iclasında müzakirə olunacaq.

Onun Yerevana köçürülərək yüksək texnologiyalar naziri təyin olunması gözlənilir.

 

Xatırladaq ki, Ayk Çobanyan bir neçə gün öncə açıqlama verərək Qazaxın işğal altındakı 6 kəndinin Azərbaycana qaytarılmayacağını açıqlamışdı.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
SON DƏQİQƏ! Moskvada gərgin anlar - Fövqəladə vəziyyət elan edildi