Modern.az

Putin Ərdoğana təşəkkür etdi

Putin Ərdoğana təşəkkür etdi

Dünya

29 Sentyabr 2021, 16:12

Rusiya Prezidenti Vladimir Putin ölkəsinə səfər etdiyi üçün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana təşəkkür edib.

 

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, Rusiya lideri bildirib ki, pandemiya səbəbindən 1,5 il görüşməsələr də bununla belə, daim təmasda olublar.  

 

“Sağ olun ki, dəvəti qəbul edib Rusiyaya gəldiniz. Epidemiya il yarım bizim şəxsən görüşməyimizə imkan vermədi. Ancaq bu müddət ərzində biz daima təmasda olmuşuq” – deyə Putin söyləyib.

Hazırda Putin-Ərdoğan görüşü bağlı qapılar arxasında keçirilir.

 

 

Fidan İlqar

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyada Türkiyəyə HÜCUMLAR BAŞLADI - Cavabınızı alacaqsınız!