Modern.az

Qaribaşvili: “Saakaşvilinin intihar etmək hüququ var”

Qaribaşvili: “Saakaşvilinin intihar etmək hüququ var”

Dünya

29 Oktyabr 2021, 16:02

“İnsanın öz həyatına son qoymaq haqqı var. Saakaşvili intihar etmək istəyirsə, edə bilər”.

 

Moder.az xəbər verir ki, bunu Gürcüstan Baş naziri İrakli Qaribaşvili eks-prezident Mixail Saakaşvilinin aclıq aksiyasına münasibət bildirərkən deyib.

“Qanunda yazılıb ki, insanın intihar haqqı var. Əgər özünü öldürmək qərarı versə, o özünü öldürə bilər, amma dövlət buna görə məsuliyyət daşımır”.

 

O, həmçinin bir daha vurğulayıb ki, eks-prezidentin vaxtından əvvəl azadlığa buraxılması və Ukraynaya transferindən söhbət gedə bilməz. Bu, hakimiyyətin ölkə qanunlarına hörmət etməməsi demək olardı. Qeyd edək ki, Saakaşvili oktyabrın 1-də səkkiz illik mühacirətdən sonra Ukraynadan Gürcüstana qayıtdıqda saxlanılıb.

 

Saakaşvili bir aya yaxındır ki, həbsxanada aclıq aksiyası keçirir və bundan əvvəl tibbi yardımdan imtina edib.

 

Sizə yeni x var
Keçid et
Rusiyada Türkiyəyə HÜCUMLAR BAŞLADI - Cavabınızı alacaqsınız!