Modern.az

ABŞ və Fransadan Ukraynaya növbəti dəstək

ABŞ və Fransadan Ukraynaya növbəti dəstək

Dünya

7 Fevral 2022, 00:24

ABŞ Dövlət Katibi Entoni Blinken və Fransa xarici işlər naziri Le Drian arasında telefon danışığı olub.

 

Modern.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamenti məlumat yayıb.

 

NATO, Avropa İttifaqı, G7 ölkələri və digər tərəfdaşların Ukrayna-Rusiya böhranının həlli istiqamətində davam edən səylərini müzakirə edən rəsmilər Ukraynaya dəstəyin davam etdirilməsinin vacibliyini vurğulayıblar.

 

Tərəflər NATO-nun şərq cinahını gücləndirmək üçün birgə səyləri qiymətləndiriblər.

 

Akif İsmayılov

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı