Modern.az

Ruslar geri çəkilərkən texnikalarını aparmırlar

Ruslar geri çəkilərkən texnikalarını aparmırlar

Dünya

4 Aprel 2022, 15:32

Rus qoşunları artıq Sumıda heç bir şəhər və ya kəndi işğal etmir.

 

Modern.az xəbər verir ki, bu barədə Sumı vilayətinin qubernatoru Dmitri Jivitskii Milli televiziyaya açıqlamsında bildirib.

 

Qubernator Moskva qüvvələrinin əsasən Ukraynanın Belarusla sərhədində yerləşən bölgədən geri çəkildiyini bildirib. O, əlavə edib ki, Ukrayna qoşunları qalan bölmələri sıxışdırmaq üçün çalışır.

 

Jivitskii, həmçinin bildirib ki, rus əsgərləri geri çəkilərkən arxalarında çoxlu texnika buraxıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?