Modern.az

Kiyevdə 89 nəfər öldürülüb, 4-ü uşaqdır

Kiyevdə 89 nəfər öldürülüb, 4-ü uşaqdır

Dünya

6 Aprel 2022, 17:20

Rusiyanın fevralın 24-də hərbi əməliyyatlara başlamasından bəri Ukraynanın paytaxtı Kiyevdə dördü uşaq olmaqla 89 nəfər öldürülüb.

 

Modern.az xəbər verir ki, bu barədə Kiyev Şəhər Şurası məlumat yayıb.

 

Bildirilib ki, Rusiyanın hücumları nəticəsində paytaxtda daha 398 nəfər yaralanıb, 167 yaşayış binasına ziyan dəyib.

 

Sakinlərə xəbərdarlıq edilib ki, Rusiya qüvvələrinin bölgədən geri çəkilməsinə baxmayaraq, hava hücumları  təhlükəsi qalır.

Whatsapp
Bizə yazın!
Keçid et
İsrail Ərdoğanı hədəf aldı - Bizi sınağa çəkmə!