Modern.az

Türkiyənin roluna inanırıq - İtaliya XİN

Türkiyənin roluna inanırıq - İtaliya XİN

Dünya

8 Aprel 2022, 16:14

İtaliya Ukraynanın təhlükəsizliyinin təminatçısı olmağa hazırdır.

 

Modern.az xəbər verir ki, bunu İtaliyanın xarici işlər naziri Luici Di Mayo bildirib.

 

"İtaliya qarant rolunu öz üzərinə götürməyə hazırdır. Biz danışıqları dəstəkləyirik və Türkiyənin bu prosesdə oynayacağı rola inanırıq. Danışıqlarda yalnız iki tərəfin iştirak etməsi kifayət deyil, digər beynəlxalq oyunçular da bura cəlb edilməlidir", - deyə XİN başçısı vurğulayıb.

 

Onun sözlərinə görə, İtaliya münaqişənin həllinə kömək edə biləcək sülh konfransının təşkili üzərində işləyir. 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin onlara RƏHM ETMƏYƏCƏK! - Kreml lideri qəti qərar verdi