Modern.az

Bayden bu ölkəyə ilk dəfə səfər edəcək

Bayden bu ölkəyə ilk dəfə səfər edəcək

Dünya

12 Aprel 2022, 15:57

ABŞ prezidenti Co Bayden mayın 22-də Yaponiyaya rəsmi səfər etməyi planlaşdırır.

 

Modern.az xəbər verir ki, bu barədə Yaponiyanın Kyodo agentliyi məlumat yayıb. 

 

Baydenin mayın 23-də Baş nazir Fumio Kişida ilə danışıqlar aparacağı gözlənilir. Bildirilib ki, bu səfər Baydenin ABŞ prezidenti kimi Yaponiyaya ilk səfəri olacaq.

 

Qeyd edək ki, may ayında Tokioda Yaponiya, Avstraliya, Hindistan və ABŞ-ı birləşdirən Dördtərəfli Təhlükəsizlik Dialoqunun (Quad) sammiti keçiriləcək.

Whatsapp
Bizə yazın!
Keçid et
İsrail Ərdoğanı hədəf aldı - Bizi sınağa çəkmə!