Modern.az

Baydenlə Çin liderinin görüşü hazırlanır

Baydenlə Çin liderinin görüşü hazırlanır

Dünya

12 Avqust 2022, 21:24

Çin lideri Si Cinpin bu ilin noyabrında planlaşdırılan G20 və ya Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının (APEC) sammiti zamanı ABŞ Prezidenti Co Baydenlə görüşə bilər.

 

Modern.az xəbər verir ki, bu barədə "Wall Street Journal" (WSJ) nəşri öz mənbələrinə istinadən yazıb.

 

Nəşrin məlumatına görə, liderlər iki sammitdən birində görüşə biləcəklər.

 

Qeyd edək ki, Si Cinpin 2020-ci ilin yanvar ayından COVID-19 pandemiyasına görə Çini tərk etməyib.

 

Akif İsmayılov 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı