Modern.az

Mirziyoyev İtaliyaya gedir

Mirziyoyev İtaliyaya gedir

Dünya

7 İyun 2023, 09:38

Özbəkistan prezidenti Şavkat Mirziyoyev İtaliyaya rəsmi səfərə gedəcək.

 

Modern.az xəbər verir ki, bu barədə "Kun.uz" məlumat yayıb.

 

Məlumata görə, səfər İtaliya Respublikasının Prezidenti Sercio Mattarellanın dəvəti ilə baş tutacaq. Belə ki, iyunun 7-9-da Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev bu ölkədə rəsmi səfərdə olacaq.

 

Səfər çərçivəsində bir sıra yüksək səviyyəli görüşlərin keçirilməsi və qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsinin aparılması nəzərdə tutulub.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyadan hücum olacaq! - Bu ölkələrdə əhaliyə xəbərdarlıq edildi - Xəbəriniz Var? - Media Turk TV