Modern.az

HÜDAPAR AKP-nin spikerliyə namizədini dəstəklədi

HÜDAPAR AKP-nin spikerliyə namizədini dəstəklədi

Dünya

7 İyun 2023, 15:20

Türkiyədə hakim Ədalət və İnkişaf Partiyasının parlament spikerliyinə namizədi Numan Kurtulmuşu daha bir partiya dəstəkləyib.

 

Modern.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə HÜDAPAR-ın sədri Zekeriyya Yapıcıoğlu partiyanın mövqeyini açıqlayarkən bildirib.

 

Bundan əvvəl "Cümhur İttifaqı"na daxil olan siyasi partiyalar oxşar qərar qəbul etmişdilər.

 

Xatırladaq ki, HÜDAPAR "Cümhur İttifaqı"na birbaşa daxil olmasa da, deputatlığa namizədləri AKP siyahılarından irəli sürülmüş və 4 nəfər deputatı seçilmişdi. Prezident seçkilərində partiya Rəcəb Tayyib Ərdoğanın namizədliyini müdafiə edib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyadan hücum olacaq! - Bu ölkələrdə əhaliyə xəbərdarlıq edildi - Xəbəriniz Var? - Media Turk TV