Modern.az

Blinken gələn həftə Çinə gedir 

Blinken gələn həftə Çinə gedir 

Dünya

10 İyun 2023, 11:11

ABŞ dövlət katibi Entoni Blinken iyunun 18-də Çinə səfər edəcək.

 

Modern.az xəbər verir ki, bu barədə "Reuters", "Associated Press" (AP) və AFP agenlikləri ABŞ rəsmilərinə istinadən məlumat yayıb.

 

AP-nin məlumatına görə, səfər çərçivəsində Entoni Blinken yüksək səviyyəli Çin rəsmiləri ilə görüşəcək. O, Çin lideri Si Cinpinlə də görüşə bilər.

 

Xatırladaq ki, Blinken fevralda Pekinə səfər etməyi planlaşdırırdı, lakin Çinin hava şarı ilə bağlı qalmaqaldan sonra səfər təxirə salınmışdı.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyadan hücum olacaq! - Bu ölkələrdə əhaliyə xəbərdarlıq edildi - Xəbəriniz Var? - Media Turk TV