Modern.az

Serbiya silah ixracını dayandırdı

Serbiya silah ixracını dayandırdı

Dünya

14 İyul 2023, 19:52

Serbiyadan silah ixracına qadağa qoyulub.

 

Modern.az xəbər verir ki, bu barədə ölkənin müdafiə naziri Miloş Vuçeviç məlumat verib.

 

Bildirilir ki, ABŞ-ın qeyri-qanuni silah sövdələşmələri və digər cinayət əməlləri ilə bağlı Serbiyanın kəşfiyyat rəhbərinə sanksiya tətbiq etməsinə cavab olaraq ölkədən silah ixracına 30 günlük moratorium qoyulub.

 

Nazir bu addımın Serbiya ordusunun döyüş hazırlığını dəstəkləmək üçün zəruri olduğunu vurğulayıb.

 

“Bu, Serbiyanın müharibəyə getməsi və ya müharibəyə çağırması demək deyil, lakin biz bütün təhlükəsizlik risklərini və çağırışlarını nəzərdən keçiririk”, - Vuçeviç deyib 

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyadan hücum olacaq! - Bu ölkələrdə əhaliyə xəbərdarlıq edildi - Xəbəriniz Var? - Media Turk TV