Modern.az

Rusiya səfiri Putinin sözlərinə görə XİN-ə çağırıldı

Rusiya səfiri Putinin sözlərinə görə XİN-ə çağırıldı

Dünya

22 İyul 2023, 14:27

Rusiyanın Varşavadakı səfiri Sergey Andreyev Prezident Vladimir Putinin Polşa ilə bağlı sözlərinə görə Polşa Xarici İşlər Nazirliyinə çağırılıb.

 

Modern.az TASS-a istinadən xəbər verir ki, bu barədə Polşanın xarici işlər nazirinin müavini Pavel Yablonski bildirib.

 

“Görüş çox qısa olub”, - o deyib.

 

Cümə günü Putin Təhlükəsizlik Şurası ilə iclasda deyib ki, məhz Sovet İttifaqı və Stalinin mövqeyi sayəsində Polşa Qərbin və Almaniyanın torpaqlarının yetərincə hissəsini alıb. Rusiyalı lider, həmçinin bildirib ki, indi Polşa təkcə Ukraynanın deyil, həm də Belarus torpaqlarını almaq istərdi.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putini dəli edən hücum: Rusiyaya gözlənilməz zərbə vuruldu