Modern.az

Musson yağışlar 113 nəfərin həyatına son qoydu 

Musson yağışlar 113 nəfərin həyatına son qoydu 

Dünya

23 İyul 2023, 19:51

Ötən ayın 25-dən bəri Pakistanda güclü musson yağışları nəticəsində həyatını itirənlərin sayı 113-ə çatıb.

 

Modern.az xəbər verir ki, yağışlar nəticəsində Çitral və Sandur birləşdirici yolu zədələnib və bu, aşağı Çitral ilə Yuxarı Çitral arasındakı əlaqə yolun olmaması səbəbindən kəsilib.

 

Bölgədə çoxlu evlər dağılıb, avtomobillər su altında qalıb və əkin sahələrinə ziyan dəyib.

 

Pəncab əyalətinin paytaxtı Lahorun Misri Şah məhəlləsində iki uşaq seldə boğulub, Mandi Bahauddin bölgəsində isə iki qadın evlərinin damının uçması nəticəsində həyatını itirib.

 

Ştatın Pakpattan bölgəsində biri uşaq olmaqla üç nəfəri elektrik cərəyanı vurub.

 

Xatırladaq ki, hər il iyun-sentyabr aylarında yağan musson yağışları Pakistana böyük ziyan vurur.

 

Ötən il ölkədə musson yağışları nəticəsində baş verən daşqınlar nəticəsində 1739 nəfər həyatını itirib, fəlakətin ölkəyə vurduğu zərərin 30 milyard dollardan çox olduğu açıqlanıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putini dəli edən hücum: Rusiyaya gözlənilməz zərbə vuruldu