Modern.az

Şəhərə silahlı hücum - Mer öldürüldü

Şəhərə silahlı hücum - Mer öldürüldü

Dünya

24 İyul 2023, 07:53

Ekvadorun qərbində yerləşən Manta şəhərinin meri hücum nəticəsində həlak olub.

 

Modern.az xarici mediaya istinadla xəbər verir ki, bu barədə Ekvador Prezidenti Guillermo Lasso tviter hesabında yazıb.

 

O, təqsirkarların tapılması və məsuliyyətə cəlb edilməsi üçün polisə əmr verib.


Ekvadorun daxili işlər naziri Xuan Sapara dörd nəfərin, o cümlədən hücum edən iki nəfərin yaralandığını bildirib. Hadisənin səbəbləri araşdırılır.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İsrail Ərdoğanı hədəf aldı - Bizi sınağa çəkmə!