Modern.az

Avropada "Quran"a qarşı növbəti TƏXRİBAT

Avropada "Quran"a qarşı növbəti TƏXRİBAT

Dünya

24 İyul 2023, 15:44

Bu gün Danimarkanın paytaxtı Kopenhagen şəhərində yerləşən İraq səfirliyi qarşısında etiraz aksiyası keçirilib.

 

Modern.az yerli KİV-ə istinadən xəbər verir ki, aksiya zamanı iki etirazçı İslamın müqəddəs kitabı olan "Quran"ı yandırıb.

 

"Danimarka Patriotları" adlanan qrup üzvləri səfirliyin önündə İraq bayrağını tapdalayıb və "Quran"ı yandırıblar. Onlar qrupun sosial media hesablarında aksiyanı canlı yayımlayıblar.

 

Qeyd edək ki, son aylarda Danimarka və İsveçdə bir neçə dəfə müqəddəs "Quran" kitabı yandırılıb. İran və İraqda kitabın yandırılmasına qarşı etirazlar keçirilib. İraqda etirazçılar İsveçin Bağdaddakı səfirliyini yandırıblar.

Whatsapp
Bizə yazın!
Keçid et
Moskvaya kütləvi hücum aeroportlar bağlandı - Xəbəriniz Var?