Modern.az

İsrail və Türkiyə müdafiə nazirləri danışıqlar apardılar

İsrail və Türkiyə müdafiə nazirləri danışıqlar apardılar

Dünya

27 İyul 2023, 12:34

İsrailin müdafiə nazir Yoav Qallant və Türkiyənin milli müdafiə naziri Yaşar Gülər arasında telefon danışığı olub.

 

Modern.az-axəbər verir ki, bu barədə İsrailin müdafiə naziri "Twitter" hesabında bildirib.

 

"Bu səhər mən həmkarım, Türkiyənin müdafiə naziri Yaşar Gülərlə ilk dəfə danışdım. Biz əməkdaşlığı və təhlükəsizlik sistemləri arasında dialoqu gücləndirmək yollarını müzakirə etdik. Mən Türkiyənin müdafiə naziri ilə telefon danışığımda vurğuladım ki, ölkələrimiz arasında münasibətlərin möhkəmləndirilməsi bizim ümumi strateji təhlükəsizlik marağımızdadır və bu, Yaxın Şərqdə sabitliyi yaxşılaşdıracaq", - İsrailin müdafiə naziri qeyd edib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putini dəli edən hücum: Rusiyaya gözlənilməz zərbə vuruldu