Modern.az

Türkiyədə ağır yol qəzası - YENİLƏNİB

Türkiyədə ağır yol qəzası - YENİLƏNİB

Dünya

30 İyul 2023, 12:16

Türkiyənin Qars şəhərində sərnişin avtobusu qəzaya uğrayıb, 7 nəfər ölüb, onlarla insan yaralanıb.

 

Bu barədə “Modern.az” Anadolu Agentliyinə istinadən xəbər verir.

 

Məlumata görə, Bursa-Qars ekspedisiyasını həyata keçirən sərnişin avtobusu Ərzurum-Qars avtomobil yolunun Sarıqamış rayonu Karakurt kəndinin girişində 50 metr hündürlükdən aşıb.

 

Hadisə yerinə təcili yardım, xilasedicilər, Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD) əməkdaşları və jandarm cəlb edilib.

 

Yaralılar təcili yardım maşınları ilə Ərzurum və Qarsdakı xəstəxanalara çatdırılıb.

 

Vəziyyəti ağır olan yaralılardan biri təcili yardım helikopteri ilə Ərzuruma aparılıb.

 

***
10:43

 

Türkiyənin Qars bölgəsində Sarıqamış rayonunda sərnişin avtobusu yoldan aşıb.

 

Modern.az xəbər verir ki, bu barədə TRT Haber məlumat yayıb.

 

Çoxlu sayda ölən və yaralananın olduğu bildirilir.

Whatsapp
Bizə yazın!
Keçid et
Putini dəli edən hücum: Rusiyaya gözlənilməz zərbə vuruldu