Modern.az

Rusiya Krivoy Roqu vurdu - 2 ölü, 31 yaralı

Rusiya Krivoy Roqu vurdu - 2 ölü, 31 yaralı

Dünya

31 İyul 2023, 13:38

Rusiya Ukraynanın Krivoy Roq şəhərini atəşə tutub.

 

Modern.az xəbər verir ki, bu barədə Ukrayna Daxili İşlər Nazirliyi məlumat yayıb.

 

Ukrayna rəsmilərinin məlumatına görə, raketlərdən biri çoxmərtəbəli yaşayış binasına, digəri isə təhsil müəssisəsinin dördmərtəbəli binasına düşüb.

 

Dnepropetrovsk Dövlət Administrasiyasının rəhbəri Sergey Lısak bildirib ki, zərbə nəticəsində iki nəfər ölüb, 31 nəfər yaralanıb.

 

Ukrayna prezidenti Volodimir Zelenski qeyd edib ki, Rusiya son günlər şəhərləri, şəhər mərkəzlərini inadla vurur: "Amma bu terror bizi qorxutmayacaq və sındırmayacaq. Biz işləyirik və xalqımızı xilas edirik”.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putini dəli edən hücum: Rusiyaya gözlənilməz zərbə vuruldu