Modern.az

Türkiyə-Ermənistan sərhədini keçərkən tutuldu

Türkiyə-Ermənistan sərhədini keçərkən tutuldu

Dünya

1 Avqust 2023, 21:44

Türkiyə-Ermənistan sərhədini keçmək istəyən Suriya vətəndaşı saxlanılıb.

 

Modern.az xəbər verir ki, bu barədə Ermənistan Milli Təhlükəsizlik Xidməti məlumat yayıb.

 

Hadisə iyulun 20-də baş verib. Belə ki, adı açıqlanmayan şəxs qanunsuz olaraq Türkiyə ərazisinə keçməyə nail olub, daha sonra Rusiya Federal Təhlükəsizlik Xidmətinin Sərhəd İdarəsinin Türkiyə-Ermənistan sərhədinin Marqara sərhəd zastavasının ərazisində sərhədi keçərkən saxlanılıb 

 

Suriya vətəndaşına qarşı Ermənistan Cinayət Məcəlləsinin sərhədi qanunsuz keçmə maddəsi ilə cinayət işi başlanılıb.

Sizə yeni x var
Keçid et
Rusiyadan ŞOK İTTİHAM - Ukrayna bizi Bakıdan VURUR!