Modern.az

Mahaçqaladakı partlayışın SƏBƏBİ

Mahaçqaladakı partlayışın SƏBƏBİ

Dünya

15 Avqust 2023, 15:56

RF Dağıstan Respublikasının paytaxtı Mahaçqalada yanacaqdoldurma məntəqəsində baş verən partlayışın səbəbi məlum olub.

 

Modern.az xəbər verir ki, bu barədə özünü RİA Novosti-yə yanacaqdoldurma məntəqəsinin nümayəndəsi kimi təqdim edən hadisə şahidi Murad Muradov bildirib.

 

O bildirib ki, partlayışa qarşı tərəfdəki anqarlarda saxlanılan selitranın yanması səbəb olub.

 

Şahidin sözlərinə görə, hadisənin yanacaqdoldurma məntəqəsinin özü ilə heç bir əlaqəsi yoxdur, zərərçəkən tərəf onlardır.

 

Xatırladaq ki, faciədə 35 nəfər həyatını itirib, 100-dən çox yaralı var. Dağıstanda partlayışla əlaqədar matəm elan edilib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putini dəli edən hücum: Rusiyaya gözlənilməz zərbə vuruldu