Modern.az

Krım körpüsündə hərəkət dayandırıldı

Krım körpüsündə hərəkət dayandırıldı

Dünya

15 Avqust 2023, 23:25

Krım körpüsündə hərəkət müvəqqəti olaraq dayandırılıb.

 

Modern.az xəbər verir ki, bu barədə Rusiya tərəfindən Krıma təyin edilən qanunsuz hakimiyyət nümayəndələri məlumat yayıb.

 

“Krım körpüsündə nəqliyyat vasitələrinin hərəkəti müvəqqəti olaraq dayandırılıb”, - açıqlamada deyilir.

 

Qeyd edək ki, ötən ayın yulun ortalarında Krım körpüsü Ukraynanın insansız dəniz vasitələrinin hücumuna məruz qalıb, yol yatağı zədələnib. Hazırda körpüdə bir zolaqda əks hərəkət var.

 

Nəqliyyat keçidinin əvvəlcə payızda bərpa ediləcəyi vəd edilmişdi, lakin Rusiya hökuməti onun 2023-cü il dekabrın 31-nə kimi tamamlanacağın bildirib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukrayna aman vermir - Rusiya yenə bombalanır