Rusiyada son illərdə Stalinin populyarlığının artması müşahidə olunur və bu, radikallaşmadan xəbər verir.
Modern.az xəbər verir ki, bunu iyul ayında "Levada" Mərkəzi keçirdiyi sorğunun nəticələri göstərir.
Müəyyən edilib ki, rusların 47%-i İosif Stalinə hörmətlə, 7%-i heyranlıqla yanaşır. ︎2016-cı ildə Rusiya vətəndaşlarının cəmi 8%-i Stalini “böyük lider” adlandırmağa razı olub. Bu il isə müvafiq göstərici 32%-ə çatıb.
Təhlilçilərin fikrincə, Stalinin prinsipləri bugünkü Rusiya hakimiyyətinin "qeyri-məhdud güc, mənəvi iztirabın olmaması və Rusiyanın böyüklüyü" kimi dəyərləri ilə üst-üstə düşür: "Bu dəyərləri əhalinin əhəmiyyətli bir hissəsi bölüşür.
Qeyd olunub ki, Stalin Putinihakimiyyətinin ilk illərindən Rusiya mətbuatında normaya çevrildi, əsas yaddaş terror və KULAK deyil, İkinci Dünya müharibəsinin qalibləri oldu.
Hazırda Rusiyanın bir çox şəhərlərində yenidən Stalinə abidələr ucaldılır: "Bu, radikallığı artırır. Putin az qala sovet liderinin reinkarnasiyası rolunu oynayır. Faşist düşmənlərinə qarşı müharibədə ölkəyə rəhbərlik edən güclü hökmdar obrazı ilə, lakin bu dəfə uydurma".