Modern.az

İctimai yerlərdə içki içmək QADAĞAN OLUNDU

İctimai yerlərdə içki içmək QADAĞAN OLUNDU

Dünya

31 Avqust 2023, 10:10

Türkiyənin İstanbul şəhərində dəniz sahili, çimərlik, park, piknik sahələri və bu kimi ictimai məkanlarda alkoqollu içkilərin istifadəsi qadağan olunub.

 

Modern.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə İstanbul valiliyinin qərarı ictimaiyyətə elan olunub.

 

Valiliyin yaydığı məlumatda deyilir ki, şəhərin alkaqollu içkilərin satışı və istehlakı ilə bağlı lisenziyası olan iaşə obyektlərindən kənardakı publik yerlərində alkaqollu içkilərin içilməsi yasaqlanıb.

 

Rəsmi məlumatda səbəb kimi "insidentlərin iştirakçısı olan şəxslərin əksər hallarda sərxoş olması" göstərilib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putindən kritik əmr! Raketlər sərhədə yığıldı - Yeni müharibə...