Modern.az

Çin sədri G20 sammitinə gedəsi olmadı

Çin sədri G20 sammitinə gedəsi olmadı

Dünya

31 Avqust 2023, 10:16

Çin sədri Si Tsinpin Hindistanda keçiriləcək G20 sammitində iştirak etməyəcək.

 

Modern.az xəbər verir ki, bu barədə “Reuters” Çin və Hindistandan olan mənbələrə istinadən yazıb.

 

Məlumata görə, Si Tsinpinin əvəzinə Çin nümayəndə heyətinə baş nazir Li Qianq başçılıq edəcək.

 

Çin liderinin zirvəyə gəlməməsinin səbəbləri hələlik məlum deyil.

 

Bundan əvvəl Kremlin mətbuat xidməti Rusiya prezidenti Vladimir Putinin Hindistanda keçiriləcək G20 sammitində iştirak etməyəcəyini açıqlamışdı. Rusiya nümayəndə heyətinə Rusiyanın xarici işlər naziri Sergey Lavrov başçılıq edəcək.

Whatsapp
Bizə yazın!
Keçid et
Putini dəli edən hücum: Rusiyaya gözlənilməz zərbə vuruldu