Modern.az

Yavaş yenidən bələdiyyə sədri olmaq istəyir

Yavaş yenidən bələdiyyə sədri olmaq istəyir

Dünya

31 Avqust 2023, 10:26

Türkiyənin paytaxtı Ankaranın bələdiyyə sədri, müxalif Cümhuriyyət Xalq Partiyasının (CHP) təmsilçisi Mansur Yavaş növbəti yerli seçkilərdə yenidən namizəd olmaq istədiyini açıqlayıb.

 

Modern.az BBC-yə istinadən xəbər verir ki, o, Zəfər Bayramı münasibətilə təşkil olunmuş tədbirdə çıxış edərkən bu barədə danışıb.

 

"Nəsib olsa, hamının bələdiyyə sədri olmağa davam etmək istəyirəm. Bu dönəmdə olduğu kimi "partiya emblemi olmayan mer" olaraq fəaliyyət göstərəcəyəm. Seçkilərə qatılıb daha bir 5 il sizinlə olmaq istəyirəm. Hələlik proses davam edir, namizədliyim qəti deyil", - o bildirib.

 

Qeyd edək ki, 31 mart 2024-cü ildə keçirilməsi nəzərdə tutulan bələdiyyə seçkilərində İstanbul meri Ekrem İmamoğlu da iştirak etmək niyyətində olduğunu elan edib.

Whatsapp
Bizə yazın!
Keçid et
Putini dəli edən hücum: Rusiyaya gözlənilməz zərbə vuruldu