Ermənistan və Cənubi Koreya hökumətləri iqtisadi, sənaye, elmi-texniki əməkdaşlıq haqqında saziş imzalamağı planlaşdırır.
Modern.az xəbər verir ki, “Armenpress”in məlumatına görə, sazişin təsdiq edilməsi məsələsi ER hökumətinin iclasının gündəliyinə daxil edilib.
Sazişin təsdiqi layihəsinin əsaslandırılmasında qeyd olunur ki, Ermənistan Respublikası və Koreya Respublikası ikitərəfli ticarət-iqtisadi əməkdaşlıq və qarşılıqlı maraq doğuran iqtisadiyyatın bütün sahələrində dövlətlərarası əlaqələrin möhkəmləndirilməsi üçün böyük potensiala malikdir. Saziş iki dövlət arasında iqtisadi əlaqələrin gücləndirilməsinə, əməkdaşlığın genişləndirilməsinə imkan yaradacaq.
Saziş iki dövlət arasında iqtisadi, sənaye, turizm, kənd təsərrüfatı, elmi-texniki əməkdaşlığın gücləndirilməsi və genişləndirilməsi, ticarətin intensivləşdirilməsi və qarşılıqlı fəaliyyətin asanlaşdırılması üçün platforma rolunu oynayacaq. Razılaşmaya əsasən, iqtisadi, sənaye, elmi və texniki məsələlər üzrə Ermənistan-Koreya hökumətlərarası komissiyasının yaradılması nəzərdə tutulur.