Modern.az

Bryansk səmasında partlayışlar - HHM sistemləri dronları vurdu

Bryansk səmasında partlayışlar - HHM sistemləri dronları vurdu

Dünya

31 Avqust 2023, 11:46

Rusiyanın Bryansk vilayətinin səmasında yenidən partlayışlar qeydə alınıb.

 

Modern.az "Sever.Realii"yə istinadən xəbər verir ki, hava hücumundan müdafiə vasitələrinin Bryanska pilotsuz uçuş aparatları ilə hücumu əks etdirən videolar yayılıb.

 

Bu gün FTX, daha sonra isə yerli rəhbərlik Bryansk vilayətində Ukraynanın xüsusi əməliyyat qüvvələrinin əməkdaşlarından ibarət “Ukrayna təxribat qrupu”nun aşkar edildiyini bildirib. Onlardan ikisi öldürülüb, daha beşi isə saxlanılıb.

 

Rəsmi Kiyev Rusiya hakimiyyətinin və Kremlyönlü medianın xəbərlərini heç bir şəkildə şərh etməyib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putindən kritik əmr! Raketlər sərhədə yığıldı - Yeni müharibə...