Modern.az

Paşinyan Putinə məktub göndərib

Paşinyan Putinə məktub göndərib

Dünya

12 Sentyabr 2023, 13:08

Ermənistan Baş naziri Nikol Paşinyan Rusiya Prezidenti Vladimir Putinə məktub göndərib.

 

Modern.az Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə Rusiya Prezidenti Vladimir Putin Vladivostokda keçirilən Şərq İqtisadiyyat Forumunun plenar iclasında bildirib.

 

Moderatorun “bu günlərdə Paşinyan Fransa və İran prezidentləri ilə danışıb, sizinlə də təması olubmu?” sualına Putin Paşinyanın ona ətraflı məktub göndərdiyini açıqlayıb və bildirib ki, o, Ermənistan Baş naziri ilə təmasdadır:

 

“Biz onunla təmasdayıq. Ermənistanla, Baş nazir Paşinyanla heç bir problemimiz yoxdur”.

Whatsapp
Bizə yazın!
Keçid et
İsrail Ərdoğanı hədəf aldı - Bizi sınağa çəkmə!