Modern.az

"iPhone 15" təqdim edildi - Qiymətlər

Dünya

12 Sentyabr 2023, 22:33

"Apple" şirkəti "iPhone" smartfonunun yeni nəslini təqdim edib.

 

Modern.az xəbər verir ki, "iPhone 15" modeli əvvəlki dizaynı saxlasa da, texniki təkmilləşdirmələrə malikdir.

 

Smartfon iki versiyada təklif olunur - 6,1 düymlük ekrana malik əsas "iPhone 15" və sələfindən daha parlaq "Super Retina XDR" ekranlarına malik daha böyük 6,7 düymlük "iPhone 15 Plus".

 

"iPhone 15" ailəsi yeni "A16 Bionic" prosessoru , həmçinin smartfonun ən azı bir gün enerji doldurmadan işləməsinə imkan verən batareya ilə təchiz olunub.

 

Cihazda artıq "Lightning" konnektoru yoxdur və şarj üçün "USB-C" portu istifadə olunur.

 

"iPhone 15" və "iPhone 15 Plus" beş rəngdə təklif olunur və onların qiyməti müvafiq olaraq 799 və 899 dollardan başlayır.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukrayna aman vermir - Rusiya yenə bombalanır