Türkiyənin tanınmış aktrisası Merve Kayaalp intihar edib.
Modern.az xəbər verir ki, bu barədə "Hürriyet" qəzeti yazıb.
36 yaşlı aktrisanın atasının silahı ilə özünə atəş açdığı və həyatına son qoyduğu bildirilir.
Kayaalp “Sakarya Fırat”, “Küçük Kıyamet”, “Düşler ve Umutlar”, “Elif”, “Şeref Meselesi” və “Savaşçı” seriallarında rol alıb.