Modern.az

Paşinyan sülhməramlılardan danışdı: Onlar Rusiyaya qayıtmalıdır

Paşinyan sülhməramlılardan danışdı: Onlar Rusiyaya qayıtmalıdır

Dünya

10 Oktyabr 2023, 19:16

Ermənistan Baş naziri Nikol Paşinyan Rusiyanın Qarabağdakı sülhməramlılarının Ermənistana köçürülməsinin əleyhinədir.

 

Modern.az xəbər verir ki, bu barədə o, İctimai telekanala müsahibəsində deyib.

 

Paşinyan bildirib ki, əgər Qarabağdakı Rusiya sülhməramlıları regionu tərk etsə, onlar Ermənistana köçürülmək əvəzinə, Rusiya Federasiyasına qayıtmalıdırlar.

 

O qeyd edib ki, Ermənistan “3+3” formatında görüş keçirməyə hazırdır. Paşinyanın sözlərinə görə, görüşün Tehranda baş tutacağı barədə razılıq əldə olunub.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukrayna aman vermir - Rusiya yenə bombalanır