Modern.az

Paşinyan Putinlə ilk görüşündən danışdı: Mənə dedi ki...

Paşinyan Putinlə ilk görüşündən danışdı: Mənə dedi ki...

Dünya

10 Oktyabr 2023, 23:54

Ermənistan baş naziri Nikol Paşinyan Rusiya Prezidenti Vladimir Putinlə ilk görüşündən danışıb.

 

Modern.az xəbər verir ki, bu barədə o, Ermənistanın İctimai kanalına müsahibəsində söz açıb:

 

"2018-ci ildə Soçidə Rusiya Federasiyasının Prezidenti ilə ilk görüşümlə bağlı bir sirri açmaq istəyirəm. Rusiya Federasiyasının Prezidenti dedi: “Mən bilirəm ki, Rusiyanın müxtəlif ölkələrin işlərinə qarışması, onların suverenliyini daim aşağılaması barədə çoxlu şayiələr var".

 

O, Ermənistanın müstəqilliyinə, suverenliyinə və qərar qəbul etmək azadlığına qeyd-şərtsiz hörmət etdiyini bir daha təsdiqləyib. Biz münasibətlərimizi mahiyyətcə həmin ilk söhbətdə əldə edilmiş razılaşmalar əsasında qururuq", - Paşinyan qeyd edib.

 

"Biz heç nəyi dəyişmirik, heç bir öhdəliyimizi yerinə yetirməkdən imtina etməmişik”, - o əlavə edib.

Sizə yeni x var
Keçid et
Komandirin şok səs yazısı yayıldı - Rus ordusunda PANİKA!