Modern.az

İsrail Suriyadan atəşə tutuldu 

İsrail Suriyadan atəşə tutuldu 

Dünya

11 Oktyabr 2023, 00:34

İsrail ordusu Suriyadan atəşə tutulub.

 

Modern.az xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələri məlumat yayıb.

 

Ordu Suriyadan ölkəyə bir neçə raket atıldığını bildirib. Məlumata görə, raket açıq əraziyə düşüb, digər təfərrüatlar açıqlanmayıb.

 

“İsrail əsgərləri Suriyadakı atış nöqtələrinə artilleriya və minaatan mərmiləri ilə cavab verir”, - məlumatda deyilir.

 

Suriya tərəfi vəziyyəti şərh etməyib.

 

Xatırladaq ki, Suriya oktyabrın 7-də İsraili atəşə tutmağa başlayan HƏMAS silahlılarının hərəkətlərini dəstəkləyib. 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Komandirin şok səs yazısı yayıldı - Rus ordusunda PANİKA!