Türkiyənin Adana vilayətində zəlzələ qeydə alınıb.
Modern.az xəbər verir ki, bu barədə Kandilli Rəsədxanasının rəsmi X səhifəsində məlumat yayılıb.
Bildirilib ki, Silivri istiqamətində baş verən yeraltı təkan Rixter şkalası ilə 3.1 ballıq maqnituda ilə qiymətləndirilib.
Ocağı yerin 3 kilometr dərinliyində yerləşən zəlzələdən sonra itki və dağıntılar barədə məlumat verilməyib.