"Macarıstan baş nazirinin səfəri kimin Gürcüstan və Macarıstanın əsl dostu olduğunun əyani təsdiqidir".
Modern.az "Sputnik Georgia"ya istinadən xəbər verir ki, bunu Gürcüstan baş naziri İrakli Qaribaşvili bildirib.
“Baş nazir Orban nümunəvi lider, layiqli siyasətçidir. Mən Orban və onun hökumətinin əsl dostluğuna, eləcə də Gürcüstana və gürcü xalqının Avropa ailəsinə üzv olmaq istəyinə sarsılmaz dəstəyinə görə son dərəcə minnətdaram”, - Gürcüstanın baş naziri qeyd edib.
Macarıstan baş naziri Viktor Orban oktyabrın 10-da Gürcüstana rəsmi səfər edib. Bir gün əvvəl o, İrakli Qaribaşvili ilə görüşüb. Bu gün Gürcüstan-Macarıstan hökumətlərarası komissiyasının iclası olacaq, ondan sonra memorandum imzalanacaq.