Portuqaliyanın paytaxtı Lissabonda ispan rəssamı Pablo Pikassonun tablosuna qırmızı boya töküblər.
Modern.az xəbər verir ki, bu barədə "Vozpopuli" nəşri yazıb.
Bildirilir ki, hadisə dünən, oktyabrın 13-də Müasir İncəsənət Muzeyində baş verib.
İki ətraf mühit fəalı Pablo Pikassonun 1929-cu ildə çəkdiyi “Kresloda qadın (Metamorfoz)” tablosunu boyayıb. Sonra yerə oturub əllərini divara yapışdırıblar. Şüşə altında olduğu üçün rəsm zədələnməyib.
Hadisə yerinə polis çağırılıb və fəallar saxlanılıb.
Etirazçılar “ölü planetdə sənət ola bilməz” tipli sloqanlar səsləndiriblər.