İsrail ordusu Qəzza şəhərinin mərkəzində HƏMAS döyüşçüləri ilə toqquşub.
Modern.az xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin Cənub Komandanlığının rəhbəri, general-mayor Yaron Finkelman bildirib.
“Biz hazırda Qəzza zolağının əsas mərkəzlərində döyüşürük. Mən oradan təzə qayıtdım. İsrail Müdafiə Qüvvələri on ildə ilk dəfə Qəzza şəhərinin mərkəzində döyüşür. Terrorun qəlbində”, - Finkelman qeyd edib.
Onun sözlərinə görə, İsrail ordusunun quru əməliyyatının məqsədi HƏMAS-ı, hərəkatın həm rəhbərlərini, həm funksionerlərini, həm də onun hərbi infrastrukturunu tamamilə məhv etməkdir.