Rusiyanın paytaxtı Moskvada qeydə alınan koronavirusun "Pirola" variantına yoluxma halları xarici mənşəlidir.
Modern.az TASS-a istinadən xəbər verir ki, bunu "Rospotrebnadzor"un rəhbəri Anna Popova bildirib.
O qeyd edib ki, ümumilikdə 3 yoluxma faktının hamısı Türkiyədən daxil olub.
Qeyd edək ki, bir müddət əvvəl ÜST pandemiya vəziyyətini ləğv edib.