GALLUP Ermənistanda sosioloji sorğu keçirib.
Modern.az "Sputnik Armenia"ya istinadən xəbər verir ki, respondentlərinin yarıdan çoxu baş nazir Nikol Paşinyanın siyasətini bəyənmədiklərini deyiblər.
Bundan başqa, hökumətin antireytinqi 60 faizdən çoxdur.
Sorğuda iştirak edənlərin 64%-dən çoxu parlamentin, 54%-i isə prezident Vahaqn Xaçaturyanın fəaliyyətindən narazıdır.