Modern.az

İrəvan Avropa ilə təhlükəsizlik əməkdaşlığına ümid edir - Qriqoryan

İrəvan Avropa ilə təhlükəsizlik əməkdaşlığına ümid edir - Qriqoryan

Dünya

10 Noyabr 2023, 16:16

"İrəvan həm kollektiv Avropa, həm də ayrı-ayrı ölkələrlə təhlükəsizlik sahəsində əməkdaşlığı gücləndirməyə ümid edir".

 

Modern.az "Sputnik Armenia"ya istinadən xəbər verir ki, bunu Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Brüsseldə keçirilən Ermənistan-Avropa konfransında qeyd edib.

 

O deyib ki, son dövrlərdə "intensiv dialoq inkişaf edib". 

 

"Fransa ilə hərbi sahədə əməkdaşlıqda irəliləyiş var", - Qriqoryan bildirib.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyada ara qarışdı - Çevriliş xəbərdarlığı edildi - Gündəm Masada