Türkiyənin Antalya bölgəsində zəlzələ baş verib.
Modern.az xəbər verir ki, bu barədə AFAD məlumat yayıb.
Alanya sahillərində baş verən zəlzələ 4,2 bal gücündə olub.
Zəlzələnin episentri Alanyadan 30 kilometr aralıda yerləşib. Təbiət hadisəsi yerli saatla 12.05-də qeydə alınıb.
AFAD zəlzələnin dərinliyini 89,75 olaraq açıqlayıb, təxminən 5 saniyə davam edən zəlzələ zamanı dağıntı və ya itki olmayıb.
Vətəndaşlar yerli mətbuata zəlzələni hiss etdiklərini və təxminən 5 saniyə davam etdiyini bildiriblər.