Modern.az

Tacikistan silkələndi

Tacikistan silkələndi

Dünya

11 Noyabr 2023, 09:24

Düşənbə yaxınlığında 4,3 maqnitudalı zəlzələ baş verib.

 

Modern.az-ın TASS-a istinadən verdiyi məlumata görə, yeraltı təkanlar şəhərin mərkəzində hiss olunub.

 

Mərkəzi Asiyada baş verən zəlzələlərin monitorinqini aparan Özbəkistan Fövqəladə Hallar Nazirliyinin Seysmik Proqnozların Monitorinqi Mərkəzinin məlumatına görə, yeraltı təkanların gücü 4,3 bal olub.

 

"Saat 06:24-də Tacikistanda zəlzələ baş verib. Zəlzələnin koordinatları: 38,42 dərəcə şimal eni, 68,96 dərəcə şərq uzunluğu. Maqnitudası M = 4,3, dərinliyi - 153 km", - məlumatda deyilir.

 

Zəlzələnin episentrinin yaxınlığında Bəlxi qəsəbəsi yerləşir. Tələfat və dağıntılar barədə məlumat yoxdur.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukrayna aman vermir - Rusiya yenə bombalanır