Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Brüsseldə Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Toivo Klaar ilə görüşəcək.
Modern.az xəbət verir ki, bu barədə Qriqoryanın özü erməni mətbuatına açıqlamasında bildirib.
O qeyd edib ki, görüşdə İlham Əliyev-Nikol Paşinyan-Şarl Mişel görüşünün keçirilməsi məsələsi müzakirə ediləcək. Qriqoryan Ermənistanın üçtərəfli görüşə hazır olduğunu bir daha təsdiqləyib.
Oktyabrın sonunda Klaar Ermənistan və Azərbaycan liderlərinin görüşünün vaxt azlığına görə baş tutmayacağını bildirmişdi.
Rusiya tərəfinin Moskvada tərəflərə danışıqlar üçün platforma təqdim etməyə hazır olduqları barədə mütəmadi dəvətlərə gəlincə, Qriqoryan belə bir dəvətdən xəbərsiz olduğunu bildirib.