Fələstin prezidenti Mahmud Abbas prezident və parlament seçilərinə hazır olduğunu bildirib.
Modern.az xəbər verir ki, o, bu barədə Ərəb Liqasının Ər-Riyadda fövqəladə sammitinin açılışında danışıb.
“Biz bütün Fələstin xalqının, o cümlədən Qüdsün iştirak edəcəyi ümumi seçkilərə getməyə hazırıq", - o deyib.
Mahmud Abbas əlavə edib ki, beynəlxalq ictimaiyyət Fələstinə dəstəyini gücləndirməlidir.