İsrail ordusu Qəzza zolağında HAMAS-ın daha bir komandirini öldürüb.
Modern.az xəbər verir ki, bu barədə “The Times of İsrael” nəşri məlumat yayıb.
Məlumatda deyilir ki, İsrail ordusunun Qəzza zolağında həyata keçirdiyi hərbi əməliyyatlar nəticəsində HAMAS-ın komandirlərindən biri olan Ahmed Siam məhv edilib.
HƏMAS-a qarşı əməliyyatlar zamanı Ahmad Siam Qəzza şəhərindəki "Əl-Rantisi" İxtisaslaşdırılmış Xəstəxanasına sığınan 1000 nəfərə yaxın sakini girov saxlayıb və onların anklavın cənubuna təxliyə edilməsinə icazə verməyib.