Modern.az

İrəvan Dövlət Universitetindəki partlayışda ölənlərin sayı artdı - YENİLƏNİB

İrəvan Dövlət Universitetindəki partlayışda ölənlərin sayı artdı - YENİLƏNİB

Dünya

23 Noyabr 2023, 14:40

17 noyabrda İrəvan Dövlət Universitetində baş verən partlayışda yaralanan şəxslərdən biri dünyasını dəyişib. 

 

Modern.az Ermənistan mətbuatına istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyindən bildirilib.

 

Bununla hadisə nəticəsində həyatını itirənlərin sayı 2-yə çatıb. Daha bir yaralı ağır vəziyyətdə reanimasiyadadır.

 

***

17.11.2023 / 10:40

 

Saat 9:40 radələrində Ermənistan Respublikası Daxili İşlər Nazirliyinin Xilasetmə Xidmətinin 9-11 Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə İrəvan Dövlət Universitetinin binalarından birində yanğın baş verməsi barədə məlumat daxil olub.

 

Modern.az xəbər verir ki, bu barədə "Shamshyan.com" yazıb.

 

Hadisə yerindən verilən məlumata görə, yanıq xəsarətləri alan 3 nəfər xəstəxanaya çatdırılıb. 

 

Yanğınsöndürənlər binanın içərisində axtarış işləri apararkən bir nəfərin meyitini aşkarlayıblar. Bundan başqa, bir patrul əməkdaşı təxliyyə işləri apararkən tüstüdən zəhərlənib.

 

İrəvan Dövlət Universitetindəki mənbə bildirib ki, ölən şəxs abadlıq işçisi olub.

 

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin 100 minlik MUZDLU GÖNDƏRİR: Ermənistanda qan töküləcək