Modern.az

İsrail Livandakı Hizbullah hədəflərini VURDU

İsrail Livandakı Hizbullah hədəflərini VURDU

Dünya

19 Noyabr 2023, 12:34

İsrail ərazisinə 10-a yaxın minaatan mərmisinin atılmasından sonra şiə "Hizbullah"ın Livandakı silahlı qanadının hərbi hədəflərinə cavab hava zərbələri endirib.

 

Modern.az xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin mətbuat xidməti məlumat yayıb.

 

“İsrailin şimalındakı Şlomi kəndi istiqamətində 10-a yaxın minaatan mərmisi atılıb. Mərmilər yaşayış olmayan əraziyə düşüb, İsrail Müdafiə Qüvvələri Livan ərazisində atəşin gəldiyi yerlərə hücum edir”, – məlumatda bildirilir.

 

Bundan əlavə, “İsrail Müdafiə Qüvvələri təyyarələri Livandakı Hizbullah terror təşkilatının infrastruktur obyektlərinə hücum edir”, - mətbuat xidməti əlavə edib.

Whatsapp
Bizə yazın!
Keçid et
Putin 100 minlik MUZDLU GÖNDƏRİR: Ermənistanda qan töküləcək