Modern.az

Baydenin reytinqində rekord eniş - Seçicilər onu bəyənmir

Baydenin reytinqində rekord eniş - Seçicilər onu bəyənmir

Dünya

19 Noyabr 2023, 23:16

ABŞ prezidenti Co Baydenin reytinqi rekord səviyyədə aşağı düşüb.

 

Modern.az xəbər verir ki, bu barədə NBC-nin milli sorğusunda qeyd olunub.

 

Bildirilir ki, onun reytinqi hakimiyyətə gəldiyindən bəri 40%-ə qədər aşağı düşüb.

 

NBC yazır ki, respondentlərin 57%-i Co Baydenin hərəkətlərini bəyənmir. Seçicilərin yalnız 33%-i prezidentin xarici siyasət yanaşmasını bəyənir. Bu, sentyabr ayı ilə müqayisədə 8 faiz azdır. Baydenin iqtisadi siyasətini isə seçicilərin 38%-i dəstəkləyir.

 

Seçicilərin yalnız 34%-i dövlət başçısının Yaxın Şərqdəki müharibə ilə bağlı addımlarını bəyənir, 56%-i isə əleyhinədir. 

 

18-34 yaş arası gənclər arasında dəstək kəskin azalıb, belə ki, bu dəstək sentyabrda 41% olduğu halda indi 31%-dir.

 

"New York Times" nəşrinin sorğusuna görə, keçmiş prezident Donald Tramp altı əsas ştatdan beşində Co Baydenə 4%-11% fərqlə liderlik edir. Seçicilərin böyük əksəriyyəti həyat keyfiyyətinin pisləşdiyini, 60%-i isə bütövlükdə ölkənin yanlış istiqamətdə getdiyini qeyd edib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin 100 minlik MUZDLU GÖNDƏRİR: Ermənistanda qan töküləcək